Bu il Moskvada 9 May Qələbə gününüə həsr edilən parad olmayacaq?

Bu il Moskvada 9 May Qələbə gününüə həsr edilən parad olmayacaq?

Bu il Moskvada 9 May Qələbə gününüə həsr edilən parad olmayacaq. Ukrayna saytlarının yazdığına görə, Vladimir Putin tərəfindən verilən bu qərar başqalarının həyat və təhlükəsizliyi üçün deyil, öz həyatı üçün qorxması ilə bağlı ola bilər.

SİA-nın “Kanal 24”-dən əldə etdiyi məlumata görə, bu fikri rusiyalı hüquq müdafiəçisi və müxalifətçi Mark Feyqin də təsdiqləyib. Belə ki, onun dediyinə görə, paradın ləğv edilməsinin yeganə səbəbi avadanlıq çatışmazlığı deyil.

Ekspertin fikrincə, Vladimir Putinin Qırmızı Meydanda ötənilki kimi çıxış edib-etməyəcəyi maraqlı sual olaraq qalır.

“Məsələ ondadır ki, o, bunun üçün hər hansı təminat alacaqmı. Mən buna əvvəlcədən cavab verə bilmərəm, o, müəyyən vaxtda Qırmızı Meydanda, yüzlərlə pilotsuz uçan aparatın uça biləcəyi podiumda açıq havada çıxış etməyi qərara alacaqmı?”.

Maraqlıdır ki, Mark Feyqin Putinin blə bir addım atacağına, yəni hər il olduğu kimi, bu il də xalq qarşısına çıxıb çıxış edəcəyinə şübhə edir.

Feyginin ehtimalına görə, Putin ancaq bunkerdən onlayn vasitəsilə danışa bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə