İranda hicaba əməl edilmədiyi üçün 150-dən çox obyekt bağlanıb

İranda hicaba əməl edilmədiyi üçün 150-dən çox obyekt bağlanıb

Qadınların hicab taxmaq öhdəliyinə əməl etmədikləri üçün İranda son 24 saat ərzində 150-dən çox iş yeri bağlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bağlanma polisin müşahidə kameraları və üztanıma texnologiyasından istifadə edərək qanunu pozan qadınlara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

İranda qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam İnqilabından qısa müddət sonra qanunla təsbit edilib.

"Təəssüf ki, polis 137 mağaza və 18 restoran və iş yerini geyim qaydalarına riayət etmədiyi üçün bağlamalı olub" - Təsnim xəbər agentliyi polis sözçüsündən sitat gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə