Ukraynanın xarici işlər naziri Bağdada səfər edəcək

Ukraynanın xarici işlər naziri Bağdada səfər edəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi Bağdada rəsmi səfər edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Shafaq News” portalı İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əl-Sahafa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kulebanın İraqın baş naziri Məhəmməd əl-Sudani və İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşü nəzərdə tutulub. Tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcək, müxtəlif sahələrdə əməkdaşlığa dair məsləhətləşmələr aparacaqlar.

Ukrayna tərəfi hələlik bu məlumatı şərh etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə