Papa rus və ukraynalılara sülhün tezliklə əldə olunmasını arzuladı
Roma Papası Fransisk pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib, ruslara və ukraynalılara sülhün tezliklə əldə olunmasını arzulayıb.
SİA-nın əldə etdiyi məlumata görə, belə bir bəyanatla o, bu gün Müqəddəs Pyotr meydanında dindarlarla danışarkən deyib.
O, həmçinin ordu ilə Çevik Hücum Qüvvələrinin bölmələri arasında silahlı qarşıdurmanın yaşandığı Sudanda baş verən hadisələrdən də narahatlığını bildirib. Pontifikin sözlərinə görə, Sudan xalqı silah istifadəsindən əl çəkərək sülh və harmoniya yoluna çıxmalıdır.
Əlavə edirik ki, 2022-ci ilin oktyabrında Papa Rusiya prezidenti Vladimir Putindən “bu zorakılıq və ölüm spiralını dayandırmağı”, Ukrayna prezidenti Vladimir Zelenskidən isə “sülh üçün ciddi təkliflərə açıq olmağı” xahiş etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB