Finlandiyada bazar günü gecə Avropanın ən böyük nüvə reaktoru işə salınıb. O, Olkiluoto adasındakı atom elektrik stansiyasının üçüncü enerji bloku oldu. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, reaktorun gücü - 1600 giqavatdır.
O, ölkənin enerji istehlakının 14 faizini ödəyəcək. Onun istifadəyə verilməsi ilə Olkiluoto atom elektrik stansiyası Finlandiyanın bütün elektrik enerjisinin 30 faizini istehsal edəcək. Finlandiyalı energetiklər ümid edirlər ki, bu, elektrik enerjisinin qiymətinin aşağı düşməsinə və qonşu ölkələrdən - Norveç və İsveçdən elektrik enerjisi idxalının azalmasına gətirib çıxaracaq. Reaktor ildə 12 teravatt-saat elektrik enerjisi istehsal edəcək. Bu, məsələn, 5,2 milyon mənzili qızdırmaq üçün kifayətdir.
Qeyd edək ki, reaktorun tikintisinə 2005-ci ildə başlanılmışdı. Əvvəlcə onun işə salınması 2009-cu ilə planlaşdırılırdı, lakin texniki çətinliklərə görə bu iş təxirə salındı.
Reaktorun işə salınması həm də Rusiyadan Finlandiyaya elektrik enerjisi idxalının dayandırılması nəticəsində yaranan kəsiri tam ödəyəcək. 2022-ci ilin may ayında Rusiyanın dövlət şirkəti “İnter RAO” Finlandiyaya elektrik enerjisi tədarükünü dayandırıb, çünki Avropa İttifaqının Ukraynaya müdaxiləsindən sonra Rusiyaya tətbiq etdiyi sanksiyalara görə Finlandiya artıq idxal üçün ödəniş etmirdi.
Yeri gəlmişkən, Avropada nüvə enerjisi məsələsi hələ də mübahisəlidir. Şənbə günü, aprelin 15-də Almaniya ölkədə fəaliyyət göstərən sonuncu atom elektrik stansiyalarını bağlayıb. İsveç, Fransa və Böyük Britaniya kimi digər Avropa ölkələri isə əksinə, bu sahədə yeni inkişaflar planlaşdırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB