Misir Türkiyə vətəndaşları üçün qapıda viza xidmətinə başladı

S.M.Şen sosial media hesabından mövzu ilə bağlı yazıb...
Misir Türkiyə vətəndaşları üçün qapıda viza xidmətinə başladı

Misir qapıda Türkiyə vətəndaşları üçün viza xidmətinə başladı. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Misirdəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen məlumat verib.

S.M.Şen sosial media hesabından mövzu ilə bağlı yazıb: "Türkiyə vətəndaşları Misirə əvvəlcədən viza işləri görmədən daxil ola biləcəklər. Uğurlar".

Misirdən hələlik rəsmi açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə