Qəzaya uğrayan hərbi helikopterin beş ekipaj üzvünün cəsədi tapılıb
Xilasedicilər aprelin 6-da Okinava prefekturasının cənubundakı Miyako adası yaxınlığında qəzaya uğrayan yüksək rütbəli hərbçiləri daşıyan Yaponiya hərbi helikopterinin ekipajının beş üzvünün cəsədini aşkar ediblər. SİA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, axtarış qrupu qəzaya uğrayan helikopterin qalıqlarını da tapıb.
Qəza zamanı təyyarədə 2 pilot və Kumamoto prefekturasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 8-ci diviziyasının komandiri də daxil olmaqla 10 nəfər olub. Helikopter patrul üçün Miyako adasından havaya qalxıb. Uçuşun müddəti təxminən bir saat olmalı idi. Göstərilən ərazidə hava şəraiti normal olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB