Aİ Şimali Koreyanı raket buraxılışlarını dayandırmağa çağırıb

Aİ Şimali Koreyanı raket buraxılışlarını dayandırmağa çağırıb

Şimali Koreyanın kütləvi qırğın silahlarının çatdırılması vasitələrini inkişaf etmək niyyəti beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan bütün qeyri-qanuni və təhlükəli fəaliyyətləri dayandırmalıdır. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Şimali Koreyanın yeni tipli uzaqmənzilli ballistik raketinin buraxılışını pisləyən bəyanatında yer alıb.

Bəyanatda Aİ Şimali Koreyanın bütün nüvə, digər kütləvi qırğın silahlarından, ballistik raket proqramlarından tamamilə imtina edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərinə dərhal əməl olunması zərurəti qeyd edilib.

Brüssel hesab edir ki, bu, Koreya yarımadasında davamlı sülh və təhlükəsizliyin yeganə yoludur.

“Şimali Koreya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən nüvə silahına malik dövlət statusuna və ya bu məsələ ilə bağlı hər hansı digər xüsusi statusa malik ola bilməz və heç vaxt olmayacaq”, - bəyanatda deyilir.

Bundan əvvəl Şimali Koreyanın yeni qitələrarası ballistik raketi (Hvason-18) sınaqdan keçirdiyi barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə