"Dağıntılarının təmizlənilməsi aprelin 21-dək başa çatacaq” - ƏRDOĞAN

"Dağıntılarının təmizlənilməsi aprelin 21-dək başa çatacaq” - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında baş vermiş silsilə zəlzələlərdən sonra Hatay istisna olmaqla, dağıntıların aradan qaldırılmasının aprelin 21-də bütün vilayətlərdə başa çatdırılacağını bildirib. Bu barədə SİA yerli KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, hazırda fəal şəkildə zəlzələdən zərər çəkənlər üçün yeni evlərin təməli qoyulur, 100 mindən çox mənzilin və kənd evlərinin tikintisinə də başlanılıb.

"Bayrama qədər (Ramazan-red) bir neçə kənd evini zəlzələdən zərər çəkənlərə təhvil verməyi planlaşdırırıq", - Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Hataydan başqa bütün vilayətlərdə dağıntıların təmizlənməsi bayramdan əvvəl başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə