Rusiya Ukraynanın və dünyanın müharibədən psixoloji yorulduğu haqda rəvayət yayır.
Ukraynanın baş naziri Denis Şmıxalın ABŞ paytaxtına səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, ukraynalılar gələcəkdə də işğalçıya qarşı döyüşməyə hazırdırlar.
“Ukraynadakı müharibə yorğunluğu Rusiyanın hekayəsidir. Biz tərəfdaşlarımızla həmrəyik və onlara arxayınıq, hərbi və ya donor dəstəyindən yorğunluq yoxdur. Biz bu müharibədə qalib gəlmək və ərazilərimizi azad etmək əzmindəyik”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Şmıxal bildirib.
Baş nazir onu da qeyd edib ki, ola bilsin ki, müharibə yorucu olduğundan müəyyən yorğunluq var. Bununla belə, ukraynalılar gələcəkdə döyüşməyə hazırdırlar.
“Ola bilsin ki, biz fiziki cəhətdən yorğunuq, çünki bu, çətin müharibədir. Amma biz ruhdan düşmürük”, - Şmıqal əlavə edib.
Bu arada Yaponiya Ukraynanın ehtiyacları üçün 3,5 milyard dollar ayırıb. Onlar humanitar və sosial sahələri dəstəkləmək üçün elə bu il göndəriləcək.
Dünən, aprelin 14-də Kanadanın təhvil verdiyi “Leopard 2” tanklarının artıq Polşaya çatdığı məlum olub. Ottava, gələcəkdə də Kiyevə yardımı davam etdirəcəyini bəyan edib.
Danimarka bildirib ki, çox yaxında “Leopard 1” tankları Ukraynaya gələcək. Hazırda isə texnika bərpa olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB