Putin hakimiyyətini uzatmaq üçün uzunmüddətli münaqişə istəyir

Putin hakimiyyətini uzatmaq üçün uzunmüddətli münaqişə istəyir

...Rusiya prezidenti Vladimir Putin hakimiyyəti əlində saxlamağa imkan verəcək uzunmüddətli mövqe müharibəsini saxlamaq istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu politoloq və publisist Andrey Piontkovski bildirib.

“Espresso” telekanalının efirində danışan Piontkovski qeyd edib ki, hazırda Rusiyada 30 milyon çağırışçı elektron reyestrə daxil edilib. Eyni zamanda, Rusiya prezidenti Putin bunu rəsmi şəkildə bəyan etməsə də, ölkədə hərbi vəziyyət tətbiq edib.

“The New York Times”, “Politico” və “Washington Post”-da bitməyən məqalə müəlliflərinin tezislərinin rus təbliğatçılarının tezisləri ilə üst-üstə düşməsi təəccüblüdür. Solovyov artıq Ukraynanın yaz hücumunun qismən yerli uğurla başa çata biləcəyi barədə rəvayətlər səsləndirməyə başlayıb. Lakin bu uğur müharibənin nəticəsini həll etməyəcək.

Piontkovskiyə görə, sadalanan leymotivlər eyni məqalələrdə də təkrarlanır.

Bəli, Ukrayna kiçik ərazi uğurları əldə edə bilər, lakin bu, həlledici zərbə olmayacaq. Velə ki, vəziyyət yenidən sabitləşəcək, donacaq və bu, uzun da sürəcək.

Piontkovskiyə görə, Putinə də məhz belə hakimiyyətini davam etdirmək üçün uzunmüddətli münaqişə lazımdır.

İstefada olan DTK polkovniki, keçmiş kəşfiyyatçı, politoloq və publisist Sergey Jirnov hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verdikdən sonra Rusiya diktatoru Vladimir Putin əslində siyasi fiqur deyil. Jirnovun fikrincə, Putin öz mühafizəçilərinin əli ilə və ya onların sui-qəsddə birbaşa iştirakı ilə ölə bilər.

Rusiyalı hüquq müdafiəçisi və müxalifətçi Mark Feyqin də Rusiya elitasının Putindən narazılığından danışır. Onun sözlərinə görə, bu narazılıq təkcə oliqarxlar arasında deyil, həm də güc strukturlarında və Rusiya hakimiyyətinin müəyyən hissələrində geniş yayılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə