Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa hökumətinin Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa qoyulması barədə qərarını şərh edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, şənbə günü, aprelin 15-də teleqram kanalında yazıb. Rusiyalı diplomat kifayət qədər sərt tonda Ukrayna məhsullarına münasibətdə Polşa tərəfindən bir növ embarqodan danışıb.
“Qısaca “taxıl müqaviləsi” haqqında. Belə desək, Pasxa bayramında yəhudilər taxıldan boğdular” yazan Zaxarova "boğdular" sözünün üstündən xətt də çəkib.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya demək olar ki, üç milyard avroya yaxın hərbi yardım etdiyini bildirmişdi. Polşa liderinin sözlərinə görə, hazırda Varşava bu məbləğdə hərbi yardımı Kiyevə köçürüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB