“İnanmayın, mən yaxşı itəm...”

“İnanmayın, mən yaxşı itəm...”

Dəqiq vaxtını xatırlamasam da, amma gərək ki, Sovetlər dövrü idi, belə ki, rus jurnallarının birində yer alan karikaturada bağlı həyət və həyət qapısına “zlaya sobaka” (pis it) sözü yazılmış bir elan təsvir olunurdu.

Amma, bağlı hasardan özünə dəlik tapıb başını çölə çıxaran it, yoldan keçənlərə “ne verte, ya dobraya” (inanmayın, mən yaxşı itəm) deyərək özünü bəd-bəd hürməkdən güclə saxlayırdı.

Niyə bunu yada saldım?

Deməli, bu gün erməni nəşrləri “Ermənistan Beynəlxalq Ağır Atletika Federasiyası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiqdir”-deyə bəyan ediblər.

Ermənistan Respublikasının guya əvvəldən bütün təhlükəsizlik standartlarını təmin edib və çempionatda iştirak etmək üçün İrəvana gələn ağır atletlərin təhlükəsizliyi ilə bağlı heç bir problem olmadığını bildirib.

Açılış mərasimində Azərbaycan bayrağı ilə bağlı baş verən və çox tez aradan qaldırılan hadisəni isə idmançıların təhlükəsizliyi və yarışda iştirakı üçün heç bir əlaqəsi olmadığı kimi təqdim etməyə çalışırlar.

Daha sonra Ermənistan Respublikası Beynəlxalq Ağır Atletika Federasiyası qarşısına götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiq qaldığını və 2023-cü il Avropa çempionatını yüksək səviyyədə keçirməyə hazır olduğunu bir daha təsdiqlədiklərini bildirir.

Sizi bilmədim, amma deyəsən, bəd itin bura elədə dəxli yoxdu axı...

...Gərək ki, bu gün artıq nağıl vaxtı deyil. Amma ermənilər hələ də dünyaya nağıl danışmaqda davam edirlər?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə