Yaponiyanın baş nazirinə kim qəsd etmək istəyib?

Yaponiyanın baş nazirinə kim qəsd etmək istəyib?

Beləliklə, Yaponiyanın baş naziri Fumio Kişidaya qarşı sui-qəsdin iştirakçısı olduğu iddia edilən şəxsin adı məlum olub. Bildiyiniz kimi, hadisə aprelin 15-də səhər saatlarında Vakayama şəhərində baş verib - siyasətçinin çıxış etməli olduğu yerdə partlayıcı qurğu işə düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, yaponların “Kyodo” xəbər nəşri yazır ki, partlayıcı qurğu Hyoqo prefekturasından olan 24 yaşlı Ryuji Kimura tərəfindən atılıb.

"İstintaq mənbələrinə görə, Hyoqo prefekturasından olan 24 yaşlı Ryuji Kimura hadisə yerində həbs edilib".

İndi baş nazirin özünün dediyi kimi, polis şübhəlinin əsas motivini araşdırır. Bununla belə, o, başqa bir şəhərdə çıxış edərək, hadisənin seçki prosesini pozmamalı olduğunu vurğulayıb.

“Hamınızla birlikdə biz seçkiləri davam etdirməliyik”-deyən Fumio Kişida, Milli Polis Agentliyini VIP-lərin mühafizəsini təmin etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə