Ukrayna Krımı geri ala bilməyəcək?

Ukrayna Krımı geri ala bilməyəcək?

Ukraynanın Krımı tutmaq şansı yoxdur. SİA rusların “RİA Novosti”sinə istinadən xəbər verir ki, bu fikri aprelin 15-də Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.

Duqlas Makqreqor hesab edir ki, rəsmi Kiyevin Krımı Rusiyadan hərbi yolla almaq planları əvvəlcədən iflasa məhkumdur, çünki Ukrayna Silahlı Qüvvələrinin onu güc yolu ilə ələ keçirmək şansı yoxdur.

“Bunun şansı, xərclənən yüz milyonlarla dolları qaytarmaq şansımızla eynidir. Bütün bunlar azadlıq, ədalət və “Amerika yolu”nun nə vaxt qayıdacağı haqqında danışır...” – deyə keçmiş Pentaqonun müşaviri bildirib.

Rusların yazdığına görə, Duqlas Makqreqor guya Ukraynanı indiki mahiyyətində “birpartiyalı faşist modeli” olan despotik dövlətlə müqayisə edib.

Xatırladaq ki, Rusiya hakimiyyəti dəfələrlə Krımın Rusiyanın ayrılmaz hissəsi olduğunu, bunun nəticəsində ona hər hansı hücum cəhdinin layiqli cavabını alacağını vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə