“Heç nə bizim hücum planlarımıza təsir etməyəcək”

“Heç nə bizim hücum planlarımıza təsir etməyəcək”

Ukraynanın baş naziri Denis Şmıxal Vaşinqtonda keçirilən mətbuat konfransında çıxışı zamanı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının tezliklə başlayacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 15-də Ukraynanın “Ukrinform” nəşri yazır.

Denis Şmıxal bildirib ki, Ukrayna qoşunlarının əks-hücumları yaxın vaxtlarda başlayacaq (...deyirəm, bu daha hücum olmadı ki, vaxtını da desəydi...ruslar onlardan əvvəl əks-hücuma başlardılar.-A.B.)

“Əminik ki, əks-hücum yaxın gələcəkdə başlayacaq. Birləşmiş Ştatlar bizim mütləq dəstəyimizə malikdir”, - Ukrayna rəsmisi bildirib.

Şmıxalın sözlərinə görə, Kiyev Ukrayna Silahlı Qüvvələrinin hücumunun nəticələrinin Donbass və Krım ərazilərinin qaytarılması olacağını gözləyir. Lakin əks-hücumun əsas məqsədi Ukrayna ordusunun 1991-ci il sərhədlərinə çıxmasıdır.

Maraqlıdır ki, rəsmi Kiyev öz planlarına “dərin arxayındır”(?).

Qeyd edək ki, Vaşinqtonda mətbuat konfransı zamanı Pentaqonun məxfi sənədlər şəbəkəsinə sızmasından sonra məlum olan əks-hücumun uğuruna dair şübhələri ilə bağlı sualı cavablandıran Ukraynanın baş naziri, heç nəyin onların hücum planlarına təsir etməyəcəyini və dəyişməyəcəyini bildirib: “Biz ABŞ və digər beynəlxalq tərəfdaşlarla birlikdə əks-hücumumuzu hazırlamaqda birləşmişik. Biz qalib gələcəyimizə əminik... Ərazilərimizi azad edəcəyik”.

Eyni zamanda, Kiyev rejiminin nümayəndəsi sənədlərin sızması və onların ictimaiyyətə açıqlanmasında Rusiyanın əli olduğunu irəli sürüb.

Xatırladaq ki, aprelin əvvəlində Şmıxal Ukraynanın əks-hücumunun yayda başlaya biləcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə