Donald Trampla İlon Mask Krıma səfərə dəvət edilib

Donald Trampla İlon Mask Krıma səfərə dəvət edilib

Bu arada Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Ağ Evin keçmiş rəhbəri Donald Trampı və amerikalı milyarder İlon Maskı yarımadaya səfərə dəvət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri rusların RİA Novosti-si yayımlayıb.

Konstantinov əmindir ki, Mask və Trampın Krım yarımadasına səfərindən sonra bir çox məsələlər başqa cür həll olunacaq.

“Biz Elon Maska hər şeyi yerində göstərmək üçün dəvət etməyə hazırıq. Əminəm ki, Tramp bizə gəlmək istəsə, onunla görüşəcəyik. O, bizə hansı fikirlə gəlsə də, amma gedəndə başqa fikirlə gedəcək. Və belə bir səfərdən sonra bir çox məsələlər başqa cür həll olunacaq”.

Qeyd etdiyimiz kimi, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib bunları.

Xatırladaq ki, daha əvvəl İlon Mask Kiyev hakimiyyətinə Krımı Rusiya kimi tanımağı təklif etmişdi. Bundan əlavə, biznesmen ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin Krımda endirdiyi zərbələrə dəstək verməyə hazır olmasını “amansız eskalasiya” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə