Sudan xüsusi təyinatlıları Prezident Sarayına nəzarəti ələ keçirib
Sudanda, şənbə günü, aprelin 15-də Çevik Reaksiya Qüvvələri ölkənin paytaxtı Xartumdakı Respublika Sarayına (Prezident Sarayına) nəzarəti ələ keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Sudan hərbi birləşmələrinin bəyanatına istinadən xəbər verir.
Xatıerladaq ki, bundan əvvəl Sudanda yerli xüsusi təyinatlılarla nizami ordu arasında döyüşlər başlamışdı, Əsas hadisələr paytaxt Xartumda cərəyan edirdi. Faktiki olaraq ölkədə tam hüquqlu vətəndaş müharibəsi başlamışdı.
“Sudan Çevik Reaksiya Qüvvələri Respublika Sarayına nəzarəti ələ keçirib”.
Qeyd edək ki, bu Çevik Reaksiya Qüvvələrinin bəyanatında deyilir.
Və... xüsusi təyinatlıların prezident iqamətgahını və paytaxt hava limanını ələ keçirməsinə cavab olaraq Sudanın nizami ordusu üsyançıların obyektlərinə qarşı hərbi aviasiyadan istifadə ediblər. Döyüşlər “MiQ-29” qırıcıları və “Mi-24” döyüş helikopterləri ilə həyata keçirilib. Döyüşlərə ağır zirehli texnikalar, o cümlədən tanklar da qoşulub.
Prezident sarayının ələ keçirildiyi vaxt Sudan ordusunun komandirinin təhlükəsiz yerdə olduğu məlum olub. O, xüsusi təyinatlılarla qarşılaşmaq niyyətindədir.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ, Kanada və Avropa İttifaqı Afrikadan demək olar ki, Rusiya dövləti ilə bütün əməkdaşlığı dayandırmağı tələb edir. Xüsusilə, ABŞ-ın maliyyə naziri Janet Yellen Afrika turu zamanı Rusiya əleyhinə sanksiyaları və onların pozulduğu təqdirdə nəticələrini xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB