Üç dövlət Şimali Koreyaya qarşı birləşdi

Üç dövlət Şimali Koreyaya qarşı birləşdi

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın artan təhdidlərinə qarşı durmaq üçün razılaşma əldə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Şimalın yeni bərk yanacaqla işləyən "Hvasong-18" qitələrarası ballistik raketi daxil olmaqla son silah sınaqlarını davam etdirdiyi bir vaxtda əldə olunub.

Bu çərçivədə üç ölkə Şimali Koreyanın artan təhdidlərinə qarşı müntəzəm olaraq raketdən müdafiə və sualtı qayıqlara qarşı təlimlər təşkil etmək qərarına gəlib.

Danışıqlarda Cənubi Koreyanın müdafiə nazirinin siyasət üzrə müavini Heo Tae-keun, ABŞ müdafiə nazirinin Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə müavini Eli Ratner və Yaponiyanın müdafiə siyasəti üzrə baş direktoru Kazuo Masudanın başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə