Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran erməni vandalı Aram Nikolyan polisə aparılıb. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkədə məlumat verib.
“Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, - Koçubayev yazıb.
Xatırladaq ki, Nikolyan təntənəli mərasim zamanı bayraqdarın əlindən Azərbaycan bayrağını qoparıb yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB