Müasir silahların Ukraynaya göndərilməsi mənasızdır?

Müasir silahların Ukraynaya göndərilməsi mənasızdır?

Ukrayna Silahlı Qüvvələrinin “Eurofighter” və “Tornado” kimi müasir alman qırıcılarına ehtiyacı yoxdur, çünki ukraynalı pilotlar yalnız Sovet döyüş təyyarələrini idarə edə bilirlər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu aprelin 14-də Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermann “Welt am Sonntag”a müsahibəsində Berlindən Kiyevə silah göndərilməsinin “mənasızlığı” barədə danışarkən deyib

O, “Leopard” tanklarının Ukraynaya təhvil verilməsi qərarının döyüşçülərlə bağlı müzakirələrə səbəb olmasını lazımsız hesab etdiyini bildirib: “Mən Almaniyanın “Eurofighter” və “Tornado” təyyarələrini Ukrayna səmasında görmürəm”.

Bununla belə, o, Şərqi Avropalı tərəfdaşların Kiyevi daha da çox Sovet “MiQ”-lərı ilə təmin etmək niyyətlərini dəstəkləyib.

Çünki “bu sistemlər ukraynalıların sahibidir”.

Qeyd edək ki, bundan əvvəl Strak-Zimmermann Ukraynaya alman tanklarının tədarükü ilə bağlı qərarın ləngliyini tənqid etmişdi.

Aprelin 14-də hərbi ekspert Viktor Litovkin, keçmiş Almaniya Demokratik Respublikasının silahlı qüvvələrinin ehtiyatlarından olan və Polşanın Ukraynaya verə biləcəyi “MiQ-29” qırıcılarının 1990-cı illərdən bəri modernləşdirilmədiyini bildirmişdi.

Ekspert onu da qeyd edib ki, ölkədə hərbi təyyarələrin yerləşdirilməsi üçün praktiki olaraq heç bir aerodrom qalmayıb və mövcud qurğular uçuşdan əvvəl texniki xidmət üçün yararsızdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə