Nauseda məhdudiyyətlər haqqında qanunu sərtləşdirmək istəyir

Nauseda məhdudiyyətlər haqqında qanunu sərtləşdirmək istəyir

Litva prezidenti Gitanas Nauseda Rusiya və Belarus vətəndaşlarına viza, əmlak və digər məhdudiyyətlər qoyan qanuna yenidən baxılması üçün Seymə qaytarıb. “Kommersant”ın yazdığı kimi, Nauseda hesab edir ki, qanunu elə sərtləşdirmək lazımdır ki, ruslara qarşı görülən bütün tədbirlər eyni dərəcədə belaruslara şamil edilsin.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əvvəllər qadağaların yalnız bir hissəsi Belarus vətəndaşlarına şamil edilirdi.

Seyminin qəbul etdiyi qanun yeddi fərqli məhdudlaşdırıcı tədbir müəyyən edir. Onlardan dördü həm Rusiya, həm də Belarus vətəndaşlarına, üçü isə yalnız Rusiya vətəndaşlarına aiddir. Dövlət başçısının sözlərinə görə, bu iki ölkənin vətəndaşları üçün fərqli hüquqi tənzimləmələrin müəyyən edilməsi üçün heç bir əsas yoxdur.

Bundan əlavə, Nauseda eyni qanunda yeni hüquqi mexanizmin təsbit edilməsini təklif edir. O, verilmiş vizaların və müvəqqəti yaşamaq icazələrinin geri götürülməsi prosedurunu sadələşdirmək, həmçinin “beynəlxalq” sanksiyaları pozan şəxslərin deportasiyasını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə