Duhokda 2 helikopterin qəzaya uğramasından sonra KYB-PKK/YPG əlaqələri sorğulanıb, daha sonra isə Türkiyə KYB-yə (Kürdüstan Yurdsevərlər Birliyi) qarşı sərt tədbirlər gördü. Bu çərçivədə Süleymaniyyə hava limanına uçuşlar dayandırıldı, daha sonra hava məkanı tamamilə bağlandı. Məhz, belə bir dövrdə Süleymaniyyə hava limanında baş verən SİHA hücumu bütün diqqətləri buraya cəlb etdi. Əldə edilən məlumat kontekstində PKK/YPG-nin Suriya komandiri adlandırılan Məzlum Abdinin konvoyu hədəfə alındı və konvoyda ABŞ əsgərlərinin olduğu məlum olub.
İraqın şimalındakı yerli mənbələr Süleymaniyyə hava limanında partlayış olduğunu bildirdikdə bütün diqqətlər buraya çevrildi. Partlayışın səbəbi araşdırılmağa başlandı. YPG-liləri daşıyan 2 helikopterin Duhokda düşməsindən sonra PKK/YPG ilə KYB arasında əməliyyat əlaqələri deşifrə oldu, daha sonra Süleymaniyyə hava limanına uçuşlar dayandırıldı və Türkiyenin sərt reaksiyası ilə Türkiyə hava məkanı bağlandı. Belə bir vaxtda Süleymaniyyədə baş verən partlayış təbii olaraq böyük marağa səbəb oldu.
Partlayışdan sonra SDG/YPG komandiri Məzlum Abdinin karvanının vurulduğuna dair məlumatlar mətbuata sızmağa başladı və KYB və PKK/YPG-dən olan mənbələr bunu təkzib etdi. Hətta SDG-nin rəsmi sözçülüyü də "Komandirimiz Məzlum Abdin Suriyada vəzifədədir" bəyanatını yaydı. Ancaq sonrakı saatlarda ABŞ hərbi rəsmiləri hücumu təsdiqləyərək Məzlum Abdinin Süleymaniyyədə hədəf alındığını açıqladılar, açıqlama bununla məhdudlaşmadı, müvafiq konvoyda 3 ABŞ əsgərinin olduğunu da bəyan etdilərr. Bəs bütün bunlar nə demək idi?
Helikopterlər qəzaya uğradı, konvoylar vuruldu, Bafel Talabaninin rəhbərliyi altında PKK/YPG ilə KYB arasında ortaya çıxan əlaqələr... Təbii ki, bütün bu əlaqələr şəbəkəsi ABŞ-ın himayəsi altında inkişaf edirdi. ABŞ-ın Məzlum Abdini hərbi təyyarələrlə Süleymaniyyə hava limanına apardığı, hətta müşayiət etdiyi, üstəlik, yanında ABŞ əsgərlərini də yerləşdirərək canlı qalxan rolunu oynadığı məlum olur.
Türkiyə isə Məzlum Abdinin karvanını vuraraq yaxud xəbərdarlıq atəşi açaraq döyüş qaydalarını dəyişdiyini həm ABŞ-a, həm KYB-yə, həm də PKK/YPG-yə göstərdi. Türkiyə özünün milli təhlükəsizliyini təhdid edəcək şəkildə ABŞ-ın himayəsi altında yeni bir oyunun formalaşdığını, bunun aktyorları kimi YPG və KYB-nin önə çıxdığını görərək oyunu pozan həmlələrlə əks mövqe tutur. Türkiyə xüsusilə KYB-yə qarşı çox sərt addımlar atmağa başladı. Hava məkanının bağlanmasından sonra Süleymaniyyə hava limanının vurulması mühüm göstəricidir. Ancaq bunun davamı da olacaq. Bafel Talabani ABŞ-ın himayəsi altında çox riskli bir oyuna cəhd etdi, şübhəsiz ki, YPG-ni İraq meydanında legitim bir aktor kimi yerləşdirməsi, ona legitimlik verəcək şəkildə hərəkət etməsi və hərbi əməliyyatlarda ortaq işlərlə məşğul olması diqqətəlayiqdir. Bunu təkcə KDP-yə qarşı əlini gücləndirmək üçün etmir, əksinə ABŞ/İsrail kimi böyük dövlətlərlə qəyyumluq əlaqələri qurur və bu yeni tənlikdə rol oynayır. Yenə Türkiyedə mümkün hakimiyyət dəyişikliyində bu vəziyyətin Türkiye tərəfindən qəbul ediləcəyini düşünmüş və ya bu istiqamətdə təkliflərə məruz qalmış ola bilər.
Ancaq Türkiyənin dəqiq mesajları, atdığı addımlar, Süleymaniyyə hava limanının hədəf alınmasıyla ortaya qoyduğu yeni döyüş qaydaları KYB-yə qarşı böyük bir faktura çıxardı. Görünən odur ki, Türkiyənin bu hərəkət tərzinin davamı bundan sonra da olacaq. Kubad Talabaninin tələsik Ankaraya gəlib, MİT sədri Hakan Fidan ilə görüşünü də mənfi nəticəyə nəzarət cəhdi kimi görmək olar. KYB Türkiyenin tələblərini yerinə yetirməsə, onu yeni addımlar gözləyir. Və bu addımlar təkcə siyasi və iqtisadi xarakter daşımayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



