Belarus Baş Prokurorluğu məhkum edilmiş Sofiya Sapeqanın cəzasını çəkmək üçün Rusiyaya göndərilməsi ilə bağlı vəsatətini təmin edib.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti”yə nəzarət departamentindən məlumat verilib.
Onlar bildiriblər ki, Belarus hakimiyyəti buna heç bir maneə görmür. Baş Prokurorluq rusiyalı qadının köçürülməsinə Moskvaya razılıq göndərib. Sapieqa hökmün icrasına dair təminat aldıqdan sonra evə göndəriləcək.
Xatırladaq ki, rusiyalı Sofya Sapeqa 2022-ci ilin mayında nifrətin qızışdırılması və şəxsi məlumatlarla işləmə qaydaları ilə bağlı maddələrlə 6 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci ilin iyununda o, əfv üçün müraciət etsə də, lakin müraciəti rədd edildi.
Ötən gün məlum olub ki, Sofya Sapeqa Rusiyaya ekstradisiyaya razılaşıb. Hazırda Sapeqa Qomel qadın koloniyasındadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB