"Türkiyə terrorla mübarizəsini davam etdirəcək"

"Türkiyə terrorla mübarizəsini davam etdirəcək"

Milli müdafiə naziri Hulusi Akar İraqın şimalındakı terror düşərgələrini məhv etməkdə qərarlı olduqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Akar Kayseridə keçirilən mərasimdəki çıxışında terrorla mübarizənin ölkədə və sərhədlərdən kənarda uğurla davam etdiyini vurğulayıb.

"İraqın şimalındakı terror düşərgələrini məhv edəcəyik. Bu məsələdə əzmliyik. İstər helikopter, istər təyyarə, istər silah, istərsə də pul versələr, arxasında kim dayanırsa, 85 milyon vətəndaşımızın, sərhədlərimizin təhlükəsizliyini təmin edənədək, 40 ildir ki, əzəmətli millətimizin başına gələn bu bəladan xilas olmaq üçün mübarizəmizi heç kəs dayandıra bilməz", -deyə nazir Akar qeyd edib.

Suriyanın şimalında qurulması nəzərdə tutulan terror dəhlizini Mehmetciklərin məhv etdiyini, terrorçuları qazdıqları çuxurlarda basdırdıqlarını vurğulayan Akar deyib:

"Bizim heç kimin dini, etnik və ya məzhəb mənşəyi ilə bağlı problemimiz yoxdur. Bizim yeganə hədəfimiz terrorçulardır. Terrorçular harada olurlarsa olsunlar, hədəfimiz də oradır" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə