Albaniya Lana Satoru Rusiyaya verməkdən imtina edib

Albaniya Lana Satoru Rusiyaya verməkdən imtina edib

Albaniyada məhkəmə fotoqraf və bloqqer Lana Satorun (əsl adı Svetlana Timofeyeva) Rusiyaya ekstradisiya tələbini rədd edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Albanian Daily News”un məlumatına görə, qadın casusluq işi üzrə Albaniyadadır, Rusiyada isə o, dövlət sirlərinə qanunsuz giriş əldə etməkdə şübhəli bilinərək qiyabi həbs edilib.

Jurnalistlər qeyd edirlər ki, dövlət ittihamçısı Rusiyanın ekstradisiya tələbini rədd etməyi tələb edib. O, öz mövqeyini Rusiyada Timofeyevaya “insan hüquqları haqqında konvensiyaya uyğun olaraq qanuni hüquqlar verilməyəcəyi” ilə əsaslandırıb.

2022-ci ilin avqustunda Moskvanın Meşçanski Rayon Məhkəməsi Albaniyada qiyabi saxlanılan rusiyalı qadını həbs edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə