Mozambikdə vəba xəstəliyi nəticəsində həyatını itirənlərin sayı 121 nəfərə yüksəlib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli mətbuat orqanları Mozambik Səhiyyə Nazirliyinin ölkədə vəba xəstəliyi nəticəsində həyatını itirənlərlə bağlı məlumat yaydığını bildirib.
Məlumata əsasən, 2022-ci ilin oktyabr ayından etibarən davam edən xəstəlik nəticəsində həyatını itirənlərin sayı 121 nəfərə çatıb.
Son 24 saatda 237 vəbaya yoluxma faktı qeydə alınıb. İndiyədək xəstəliyə yoluxanların ümumi sayı isə 26 min 60-a çatıb.
Zambezia, Niassa, Tete, Manica və Sofala ən çox yoluxmanın qeydə alındığı bölgələrdir.
Vəba epidemiyası ilə mübarizə aparan Mozambik ötən ay 1,7 milyon doza peyvənd alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB