NATO Baltik dənizində hava təlimləri keçirdi

NATO Baltik dənizində hava təlimləri keçirdi

NATO-nun “Ramstein Alloy 2023-1” hava təlimi Baltik dənizi üzərində keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, builki təlimlərdə Türkiyə ilə yanaşı, Almaniya, Portuqaliya, Rumıniya, Finlandiya, Litva və İspaniya da iştirak ediblər.

NATO-nun açıqlamasına görə, təlimdə müttəfiq ölkələrin qırıcı təyyarələri, mülki təyyarələrin rabitə itkisi yaranacağı halda hava limanına müşayiət etmək daxil olmaqla müxtəlif real həyatda qarşılaşa biləcəkləri ssenarilər tətbiq edilib.

"F-16" qırıcıları müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib və quru qoşunlarına yaxın havadan dəstək verib.

Finlandiya təyyarələri ölkənin aprelin 4-də alyansa üzv olmasından sonra ilk dəfə NATO təlimində iştirak edib.

NATO-nun bəyanatında müttəfiqlər arasında koordinasiyanı artırmaq məqsədi daşıyan təlim sayəsində müttəfiq təyyarələrin Baltikyanı hava məkanına inteqrasiyasının artdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə