''Rusiya Sakit Okean Donanmasını yüksək hazırlıq vəziyyətinə gətirdi''
Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Hərbi Dəniz Qüvvələrinin təlim bölgələrinə yerləşdiriləcəyini və yoxlama çərçivəsində döyüş təlimləri keçirəcəyini bildirib.
Rusiya Sakit Okean Donanmasını yüksək hazırlıq vəziyyətinə gətirdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Sergey Şoyqu deyib: “Bu yoxlamanın əsas məqsədi Silahlı Qüvvələrin okean və dəniz istiqamətindən düşmənin mümkün hücumunu dəf etmək qabiliyyətini artırmaqdır”.
Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Hərbi Dəniz Qüvvələrinin təlim bölgələrinə yerləşdiriləcəyini və yoxlama çərçivəsində döyüş təlimləri keçirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB