Xrenin: "Belarus güc tətbiqi hədəsinə cavab verəcək"

Xrenin: "Belarus güc tətbiqi hədəsinə cavab verəcək"

Bu arada Belarusun Müdafiə naziri Viktor Xrenin cümə günü, aprelin 14-də Belarusun NATO təcavüzünə adekvat cavab verəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“Aydın başa düşürük ki, bu vəziyyətdə biz güc tətbiqi təhlükəsinə yalnız güclə cavab verəcəyik. Ona görə də müvafiq qərarlar qəbul edilib, onlar həyata keçiriləcək”, - Viktor Xrenin bildirib.

Qeyd edək ki, Müdafiə naziri, prezident Aleksandr Lukaşenkonun Belarusun ona qarşı dost olmayan dövlətlər tərəfindən qəbul edilən bütün çağırışlara, risklərə və təhdidlərə adekvat cavab verəcəyini xatırladıb.

Xrenin, Rusiya strateji silahlarının Belarus torpaqlarında yerləşdirilməsinin həm də dost olmayan ölkələrin aqressiv addımlarına cavab olduğunu da yada salıb.

“Biz hərbçilər kimi mübahisə etmək fikrində deyilik, müəyyən edilmiş vaxt çərçivəsində tapşırığı aydın şəkildə yerinə yetirəcəyik”.

Bunu da Belarusun Müdafiə naziri Viktor Xrenin deyib.

Yeri gəlmişkən bir müddət Bbundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Belarusda nüvə silahının yerləşdirilməsini NATO-nun hərəkətlərinə cavab adlandırmışdı.

sözçüsü xatırladıb və vurğulayıb ki, Rusiya sərhədlərinə doğru genişlənən NATO-dur, alyansın sərhədləri yaxınlığında Rusiya öz hərbi infrastrukturunu yerləşdirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə