Çavuşoğlu həmkarını iftara "Togg"la apardı - VİDEO

Çavuşoğlu həmkarını iftara "Togg"la apardı - VİDEO

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükri ilə görüşüb. SİA xəbər verir ki, nazirlər birgə mətbuat konfransından sonra iftar məclisinə qatılıb.

Çavuşoğlu həmkarını Toqqla Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında təşkil edilən iftar proqramına yerli istehsal "Togg" avtomobili ilə aparıb. Elektromobili Çavuşoğlu şəxsən özü idarə edib.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə