Müvəqqəti işğal olunmuş Mariupolda rus işğalçıları uşaqlara insanı necə öldürməyi öyrədirlər. Belə ki, rus qoşunlarının nümayəndələri məktəblilərə atışma qaydaları da daxil olmaqla dərslər verirlər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, işğal edilmiş Mariupolda rus işğalçıları “DXR”in “Gənc Qvardiya - Gənc Ordu” adlı qondarma hərbi-vətənpərvərlik hərəkatının üzvləri üçün təlim keçirib.
“İnformasiya Müqaviməti” qrupu “Telegram”da işğalçıların videonu yaydıqları da nümayiş etdirilib.
Kadrlarda gülləkeçirməz jilet geyinmiş yeniyetmələrin işğalçı qoşunların rəhbərliyi altında silahla işləməyi necə öyrəndikləri əks olunub. Uşaqlara müxtəlif atəş mövqeləri də öyrədilir.
Ukrayna saytlarının yazdığına görə, son zamanlar Rusiyanın işğalı altında olan Donetsk vilayətinin Mariupol şəhərində ölüm halları artmaqdadır.
Belə ki, Starokrymsky qəbiristanlığında yeni qəbirlər peyda olmaqdadır. Şəhərdə ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri də tibbin aşağı səviyyədə olmasıdır.
Bundan başqa, şəhərdə yoluxucu xəstəliklərə yoluxanların da sayı artmaqdadır. Xüsusilə, daha çox dizenteriya və salmonellyoz yayılır.
Eyni zamanda ruslar bir müddət əvvəl dağıddıqları Mariupolu indi də dağıtmaqda davam edirlər. Belə ki, şəhərdə məşhur rəssam Arkhip Kuindjinin abidəsi sökülüb.
Bundan əlavə, ruslar evlərlə də “döyüşürlər”: artıq 350-dən çox hündürmərtəbəli bina sökülərək yerlə yeksan olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB