Rusların dondurulmuş pulları özlərinə qaytarılacaq...

Rusların dondurulmuş pulları özlərinə qaytarılacaq...

Rusiya Mərkəzi Bankının Avropa İttifaqı ölkələrində dondurulmuş aktivləri Ukrayna münaqişəsinin sonunda geri qaytarılmalı olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Die Welt” aprelin 13-də Avropa Komissiyasının sənədinə istinadən yazıb.

Rəsmi Brüsselin Rusiya Federasiyası Mərkəzi Bankının Rusiyaya məxsus dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək istəyi baş tutmayıb.

Almaniyanın “Die Welt” nəşri yazır ki, Avropa rəsmiləri öz prinsiplərindən və əvvəllər qəbul edilmiş beynəlxalq qanunlardan nə qədər yan keçməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Nəşrin müəlliflərinin fikrincə, Rusiya aktivləri tapılsa belə, bu kifayət qədər çətindir, çünki onlar Rusiya Mərkəzi Bankı ilə əlaqəsi olmayan bir çox hesablarda saxlanılır, Avropa İttifaqı və təbii ki, Ukrayna qanuni maneələrə görə, bu pulları bərpa etmək üçün istifadə edə bilməyəcək.

Üstəlik, “Die Welt”in ixtiyarında olan müəyyən bir sənədə istinad edərək, nəşr göstərir ki, Avropa Komissiyası ayıq-sayıq nəticələrə gəlib. Belə ki, dondurulmuş Rusiya maliyyələrinə toxunmaq olmaz, çünki onlar hələ də Rusiyaya qaytarılmalıdır.

“Siyasi iradə var, lakin hüquqi maneələr yüksəkdir. Avropa Komissiyası dondurulmuş ehtiyatlara toxunulmaması ilə bağlı ayıq bir nəticəyə gəlir, çünki bir gün, müharibə başa çatdıqda, onlar Rusiyaya qaytarılmalı olacaqlar”.

Bunun da “Die Welt” yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə