Avropa İttifaqı Ukraynaya 1 milyard avro məbləğində yardımı təsdiqləyib

Avropa İttifaqı Ukraynaya 1 milyard avro məbləğində yardımı təsdiqləyib

Avropa İttifaqı Ukraynaya 1 milyard avro məbləğində yardımı təsdiqləyib. Bu vəsait Ukraynaya döyüş sursatlarının ötürülməsi ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Aİ mətbuat xidməti məlumat yayıb.

“Bu gün Aİ Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün Avropa Sülh Fondu (EPF) çərçivəsində 1 milyard avroluq yardım paketini qəbul edib. Bu tədbir Aİ-yə üzv dövlətlərə Ukraynaya mövcud silah-sursat ehtiyatlarından istifadəyə imkan verəcək”, - deyə məlumatda bildirilir.

Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin sözlərinə görə, bu qərar Aİ ölkələrinin Ukraynanı 1 milyard avro dəyərində artilleriya sursatları ilə təmin etmək vədlərinin birinci hissəsini qüvvəyə mindirib.

“Bugünkü qərar Aİ-nin 2023-cü il martın 20-də artilleriya sursatlarının tədarükünü və birgə tədarükü sürətləndirməyə yönəlmiş üç istiqamətli yanaşma haqqında sazişinin birinci hissəsini həyata keçirir”, - deyə məlumat qeyd olunur.

Ukraynaya Avropa Sülh Fondunun xətti ilə verilən ümumi yardım 4,6 milyard avroya yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə