"Kiyev üçün NATO zəmanəti almaq asan olmayacaq"

"Kiyev üçün NATO zəmanəti almaq asan olmayacaq"

Ukrayna üçün təhlükəsizlik və NATO-ya üzvlük zəmanəti əldə etmək asan olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 13-də Polşanın baş naziri Mateuş Moravetski Atlantik Şurada çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Kiyev azad dünyaya aid olduğunu, Avropa və Amerika dəyərlərini müdafiə etmək istədiyini sübut edib.

Ona görə də, Moravetskinin fikrincə, alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynaya NATO-ya aydın yol, o cümlədən təhlükəsizlik zəmanəti təklif və təmin edilməlidir. “Ümid edirəm ki, bu, buna çatmaq elə də asan olmayacaq”- deyə Polşa hökumətinin başçısı bildirib.

Yeri gəlmişkən, Ukrayna Xarici İşlər Nazirliyi ölkənin Avropa İttifaqı və NATO-ya daxil olmasını zaman məsələsi adlandırıb.

Bundan əvvəl Yens Stoltenberq bildirib ki, Kiyev Rusiya ilə münaqişədə qalib gəlməsə, Ukraynanın NATO-ya üzvlük məsələsinin əhəmiyyəti olmayacaq.

Xatırladaq ki, Litva Seymi Ukraynanın NATO-ya dəvət edilməsinin zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə