Hindistan sentyabrın 9-10-da Dehli şəhərində keçiriləcək İyirmilər Qrupu (G20) sammitinə dəvət olunan ölkələrin siyahısına dəyişiklik etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Bir müddət öncə Hindistanın G20 nümayəndəliyinin rəsmi saytında sammitdə iştirak edəcək ölkə liderlərinin siyahısı dərc olunub. Onlardan əlavə dəvət olunanlar sırasında daha doqquz ölkənin – Banqladeş, Misir, Mavriki, Niderland, Nigeriya, Oman, Sinqapur, İspaniya və BƏƏ-nin dövlət başçılarının adları da var. Ukrayna Prezidenti Volodimir Zelenskinin adı isə siyahıda yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB