“Sızıntını Cozef təşkil edibsə, bu, məni təəccübləndirməz”

“Sızıntını Cozef təşkil edibsə, bu, məni təəccübləndirməz”

Ağ Evin keçmiş rəhbəri Donald Tramp, Pentaqonun məxfi sənədlərinin sızdırılmasında günahkar kimi ABŞ-ın hazırkı prezidenti Cozef Baydenı görür. bu yaxınlarda. TASS

SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi bu barədə fikirlərini “Truth” sosial şəbəkəsində səsləndirib.

Qeyd edək ki, ABŞ-ın eks-prezidenti ölkəni biabır edən bu hadisənin birbaşa Amerikanın hazırkı lideri Cozef Baydenlə bağlı ola biləcəyi ilə bağlı maraqlı təklif irəli sürüb.

Trampın sözlərinə görə, ABŞ kəşfiyyat materiallarının sızmasının arxasında məhz Cozef Bayden dayanır. Nəticədə o, xüsusi prokurorun ABŞ prezidenti ilə bağlı hərtərəfli araşdırma aparmasını zəruri hesab edir.

“Xüsusi müşavir Baydeni araşdırmalıdır, əgər sızıntını Cozef təşkil edibsə, bu, məni təəccübləndirməz”, - Tramp özünün “Truth” social səhifəsində yazıb.

Bir daha xatırladaq ki, ötən həftə ABŞ-ın onlarla gizli hərbi sənədlərinin internetə sızdığı məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə