"Gələn ay Ukrayna qoşunlarının əks-hücuma başlaması gözlənilir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Rusiya-Ukrayna müharibəsində vəziyyət gərgin olaraq qalır. Bir çox şəhərlərə Rusiyanın hücumları davam etsə də, irəliləyə bilmirlər. Ukrayna ordusunun əks-hücum kampaniyasının başlaması da bir qədər ləngiyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Ukraynanın əks-hücuma keçməməsi hava şəraiti ilə də əlaqədardır: "Eyni zamanda hücumla bağlı bəzi məxvi məlumatların sızması da prosesə öz təsirini göstərir. Amma bütövlükdə dörd istiqamətdə nəzərdə tutulan hücum üçün briqadaların formalaşdırılması, onların texnika və şəxsi heyətlə təchiz edilməsi başa çatmaq üzrədir. Bu ayın sonlarına doğru və ya gələn ayın əvvəllində Ukrayna qoşunlarının əks-hücum kampaniyasının başlaması gözlənilir. Bu əks-hücum kampaniyası müharibənin gedişində kəskin dönüş yarada və Ukrayna torpaqlarının azad edilməsinin başlanğıcını qoya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB