“ABŞ ordusu döyüş meydanında döyüşmür”

ABŞ və Latviya ordusunun Ukraynada olduğunu təsdiqləyib
“ABŞ ordusu döyüş meydanında döyüşmür”

Bu arada hərbi qulluqçularının Ukrayna ərazisində olduğunu etiraf edən Amerika Birləşmiş Ştatları və Latviya rəsmiləri, buna baxmayaraq, həmən hərbçilərin hər hansı bir hərbi əməliyyatlarda iştirak etmədiklərini bildiriblər.

Məsələn, “Fox News”a müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynadakı səfirliyində “kiçik hərbi iştirakdan” danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl, Ukraynada xarici hərbçilərin olması ilə bağlı məlumatlar Pentaqonun sənədlərinə istinad edərək, böyük sızmanın tərkib hissəsinə çevrilmişdi.

“Səfirliyin ABŞ-ın kiçik hərbi kontingenti var ki, o, Ukraynaya daxil olan və çıxan avadanlığın cavabdehliyi üzərində işləməkdə bizə kömək etmək üçün Müdafiə Attaşesinin ofisi ilə yanaşı işləyir”.

Bunu Kirbi bildirmişdi.

Onun sözlərinə görə, ABŞ ordusu “döyüş meydanında döyüşmür”. ABŞ prezidenti Cozef Baydenin Ukraynadakı ABŞ qoşunlarının müharibədə iştirak etməyəcəyi ilə bağlı qərarında heç bir dəyişiklik olmayıb.

Yeri gəlmişkən, “Delfi” nəşrinin məlumatına görə, Latviya Müdafiə Nazirliyi yardımçı funksiyaları yerinə yetirmək üçün öz hərbçilərini Ukrayna ərazisinə göndərdiklərini açıqlayıb. Söhbət xüsusilə Latviyanın Ukraynadakı səfirliyinin və yüklərin mühafizəsindən gedir.

Və onların da döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə