Bu arada ABŞ Rusiya ilə əlaqəsi olan onlarla qurum və fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, budəfəki qara siyahıya baş nazirin müavini Marat Xusnullin, “Yunarmiya” hərəkatı, həmçinin “Meqafon” və “Metalloinvest” şirkətləri daxil edilib.
Bundan əlavə, xaricdə nüvə elmi və texnologiya mərkəzlərinin tikintisinə cavabdeh olan “Rosatom”un bir qolu olan “Rusatom Overseas” da sanksiyalar siyahısında salınıb. Siyahıya qərargahı Budapeştdə yerləşən Beynəlxalq İnvestisiya Bankı da daxildir.
Ümumiyyətlə, Kipr, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Lixtenşteyn, Avstriya, İsrail və Almaniya vətəndaşları yeni anti-Rusiya sanksiyalarına məruz qalıb.
ABŞ Dövlət Departamenti tərəfindən yayılan dövlət katibi Entoni Blinkenin bəyanatında ABŞ hakimiyyətinin tətbiq etdiyi yeni məhdudiyyətlərin ümumilikdə 20-dən çox ölkədən 120-dən çox təşkilat və şəxsə şamil edildiyi vurğulanır.
Qeyd olunur ki, Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı məhdudlaşdırıcı tədbirlər görülüb və ilk növbədə Moskvaya Qərbin əvvəllər tətbiq etdiyi sanksiyalardan yan keçməsinə kömək edənlərə təsir edir.
Xatırladaq ki, bu arada Rusiyaya qarşı sanksiya siyahısını Kanada da genişləndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB