Ssenarilərdə Zelenskinin ölümü və Kremlə raket zərbəsi endirmək də var

"The New York Times": Pentaqon Ukrayna hadisələrinin inkişafı üçün dörd "vəhşi" ssenari təqdim edib
Ssenarilərdə Zelenskinin ölümü və Kremlə raket zərbəsi endirmək də var

Bu arada internetə sızan Amerika məxfi sənədlərindən məlum olub ki, Pentaqon kəşfiyyat idarəsi Ukraynada silahlı münaqişə nəticəsində vəziyyətin inkişafı üçün dörd “vəhşi” ssenari nəzərdən keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 12-də, “The New York Times” xəbər verir.

Beləliklə, amerikalı jurnalistlər iddia edirlər ki, Pentaqonun sənədləri Ukrayna münaqişəsinin uzun sürməsindən bəhs edir.

Mümkün uzanan xarakterinə görə ABŞ kəşfiyyat agentliyi münaqişənin gərginləşməsindən tutmuş diplomatik yolla həllinə qədər müxtəlif ssenariləri nəzərdən keçirir.

Qeyd edək ki, sənədlərdə ssenarilərdən hansının daha çox ehtimal olunduğu göstərilmir. Ukrayna hadisələrinin inkişafı ilə bağlı bütün ssenarilər arasında Pentaqon gözlənilməz hadisələrin inkişafı üçün də dörd ssenari təklif edib.

Bunlardan biri Ukrayna prezidenti Vladimir Zelenskinin ölümü, digəri Ukrayna Silahlı Qüvvələrinin Kremlə raket zərbəsi endirməsidir.

Eyni zamanda, “The New York Times” jurnalistlərinin fikrincə, hansısa geosiyasi vəziyyətin inkişafı üçün belə ssenarilər hazırlamaq xüsusi xidmət orqanlarının adi işidir. Bu variantlar qanunvericilərin, siyasətçilərin və hərbçilərin vəziyyətin müxtəlif nəticələrinə əvvəlcədən hazırlaşması üçün lazımdır.

Ukrayna Silahlı Qüvvələrinin Kremlə zərbə endirməsini ehtiva edən ssenari ABŞ hakimiyyətinin hadisələrin bu cür inkişafının mümkünlüyündən narahatlığına işarə edir. Çünki Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə belə bir hücumu münaqişənin gərginləşməsinə səbəb ola bilər.

Jurnalistlərin fikrincə, ABŞ-ın hələ də Kiyevə uzaqmənzilli raketləri verməməsinin səbəbi məhz budur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə