“Erməni hərbçilər arasında hələ də satqınlar var?”

“Erməni hərbçilər arasında hələ də satqınlar var?”

Ermənistanın baş naziri Nikol Paşinyan orduda “beşinci kolon”un olması ilə bağlı daha əvvəl verdiyi açıqlamaya münasibət bildirib.

Təbii ki, mövzu ermənilər üçün elə də bir yenilik olmasa da, amma, Sən demə, ermənilərin 44 günlük müharibədə uduzmalarının əsas səbəbi orduda “beşinci kolon”un, yəni satqınların fəaliyyət göstərməsi olub.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Nikol, sözlərinin yalnız faktlara əsaslandığını da önə çəkdiyini deyib.

Beləliklə, Paşinyan Ermənistanda hərbi əməliyyatlar zamanı mövqeləri təslim etmək əmri verən, çaxnaşma salan yüksək rütbəli hərbçilərə qarşı cinayət işlərinin araşdırıldığını deyib və qeyd edib ki, faktları təqdim edərkən günahlarını etiraf edənlər, bunun motivləri barədə danışmırlar.

...Motivasiya izah edilmədikdə heç bir cinayətin üstü açılmır: məsələn, de-yure dəyəri olmayan ekspert rəyimi soruşsanız, o zaman daha yüksək səslə çıxış edəcəm.

Paşinyana görə, bəlkə də onlar başqa ölkələrin agentləridirlər? İşə götürülmüş agentlər? Bu bəyanat deyil, mənim məntiqi nəticəsimdir.

...O, yuxarıdan əmr almalı idi, mən belə bir əmr verməmişəm, bu o deməkdir ki, onun sifariş aldığı başqa bir “yuxarı” var.

Nikol Paşinyan deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə