Misirin xarici işlər naziri Samih Şükri xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Şükrinin Türkiyeyə səfəri çərçivəsində ikitərəfli əlaqələr və regional proseslər müzakirə olunacaq.
Nazir Samih Şükri Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edərək Mövlud Çavuşoğlu ilə görüşüb.
Qeyd edək ki, Misir də zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım göndərib.
Xatırladaq ki, Mövlud Çavuşoğlu həmkarı Samih Şukrinin dəvəti ilə martın 18-də Misirə rəsmi səfərə gedib.
Nazir Mövlud Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB