Ukraynadan Polşa vasitəsiə başqa ölkələrə keçənlərin sayı

Polşa Sərhəd Mühafizəsinin “twitter” hesabında yazılıb ki...
Ukraynadan Polşa vasitəsiə başqa ölkələrə keçənlərin sayı

2023-cü il aprelin 10-na olan məlumata görə, Ukraynadan Polşaya keçən qaçqınların sayı 11 milyonu ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, Polşa Sərhəd Mühafizəsinin “twitter” hesabında yazılıb ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana intensiv miqrasiya davam edir. Təkcə aprelin 10-da Ukraynadan Polşaya 20 min adam daxil olub. Bununla müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib.

Polşanı tərk edən ukraynalıların sayı isə 9 milyon 259 min nəfərdir.

Avropa İttifaqı Polşa Daimi Nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizi qadın və uşaqlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə