“Rusiya və Ukrayna arasındakı müharibə ən az ilin sonuna qədər davam edəcək. Burada Rusiya SSRİ-nin müharibə taktikasından istifadə edir. Əsas məqsəd Dneprin sol sahilində olan sırf ukraynalıların yaşadığı kəndləri tamamilə darmadağın etmək və insan yaşayışının mümkünsüz olmasını təmin etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Rusiya bilir ki, ərazilərin bərpası üçün uzun illər lazımdır: “Bu müddət ərzində də Rusiya həmin ərazilərdə əsas təsərrüfat sahələrini əkməyə başlayacaq. Çünki Ukraynanın ən keyfiyyətli qara torpağı məhz həmin ərazilərdədir. Bu baxımdan da hazırda müharibəni sonlandırmaq Rusiyaya sərf etmir. Bundan başqa ABŞ da müharibənin başa çatmasını istəmir. Zelenski isə səhv etdiyini başa düşüb. Bir növ Ukraynanı Rusiyanın qarşısına yem kimi atıblar. Rusiya isə Ukraynanı yavaş-yavaş “çeynəyir”.
Ukrayna hələ ki, bir cavab vermir. Baxmut ələ keçirildikdən sonra Ukraynanın həmin hissəsi tamamilə Rusiyanın nəzarətinə keçəcək. Çünki Ukraynanın bütün dəmir yolları, magistral infrastrukturu məhz Baxmutdan keçir. Rusiya da bunu çox yaxşı bilir və buna görə də orada dağıntılara yol vermək istəmir. Bütün bunlar nəzərə alınarsa, hələ ki, müharibənin davam edəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB