Filippin və ABŞ tarixlərinin ən böyük ortaq hərbi təliminə başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onlar Çin ordusunun Tayvan yaxınlığında keçirdiyi analoji tədbirlərə cavab xarakteri daşıyır.
“Balikatan” və ya Filippin dilindən tərcümədə “Çiyin-çiyinə” adlandırılan manevrlərə təxminən 12 200 amerikalı, 5 400 filippinli və 100-dən bir qədər çox avstraliyalı hərbçi cəlb olunub ki, bu da keçən illə müqayisədə iki dəfə çoxdur.
Təlim çərçivəsində, demək olar ki, bütünlüklə Pekinin iddia etdiyi Cənubi Çin dənizində ilk dəfə canlı atışlar həyata keçiriləcək. Bura, həmçinin Tayvanın təxminən 300 kilometrliyində, əsas Luzon adasının şimal burnunda yerləşən Filippin adasına hərbi helikopterlərin enişi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB