Ukraynaya hərbi yardım qrupunun növbəti görüşünün vaxtı açıqlanıb. SİA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilir ki, Almaniyanın Ramteyn aviabazasında keçiriləcək görüş aprelin 21-də baş tutacaq. İclasa ABŞ-ın müdafiə naziri Lloyd Ostin rəhbərlik edəcək.
Müttəfiq ölkələrin iştirak ilə keçiriləcək görüşdə Ukraynaya hərbi yardımın detalları müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB