Baydenin Şimali İrlandiya və İrlandiyaya səfəri başlayıb

Baydenin Şimali İrlandiya və İrlandiyaya səfəri başlayıb

ABŞ Prezidenti Co Baydenin Şimali İrlandiya və İrlandiyaya səfəri başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Yaxşı Cümə Sazişinin (Good Friday Agreement) 25-ci ildönümünü qeyd etmək üçün bu ölkələrə 4 günlük səfər edib.

Rişi Sunak ABŞ Prezidenti Baydeni Belfast Hava Limanında qarşılayıb. Bayden sabah Şimali İrlandiyada Britaniya baş naziri Rişi Sunak ilə tədbirlərdə iştirak edəcək.

Daha sonra isə Dublin, Ko Mayo və Ko Louta səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə