Hələlik atanı işdən qovublar, sonra nə olacaq, hələ ki, bilinmir...
Beləliklə, iki hərbi komissarlığı yandırmaqda (?) şübhəli bilinən 16 yaşlı məktəbli Yeqor Balazeikinin atasını işindən qovublar. Qeyd edək ki, Yeqorun atası Daniel Balazeykini işdən qovanlar onun üşün əntiqə bir “statya” göstəriblər: Sən demə, ata Balazeykinin dünənə qədər işlədiyi şirkətdən zənneyi-zəhləsi gedirmiş. Yəni bu şirkəti bəyənmirmiş. Bunu başa düşən şirkət rəhbərliyi onu işdən uzaqlaşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu şirkətdə üç il elektrik montyoru kimi çalışan Daniel Balazeykinin rəhbərlikdən heç bir şikayəti olmayıb.
Hazırda Yeqor Balazeykin Sankt-Peterburqda istintaq təcridxanasındadır. O, fevralın sonunda Kirovsk şəhərində hərbi komissarlığı yandırmağa cəhd ittihamı ilə saxlanılıb. Əvvəlcə ona qarşı xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb, lakin sonra bu ittiham terror aktına cəhd kimi tövsif edilib. Daha sonra məktəbliyə qarşı ikinci cinayət işi qaldırılıb- hərbi komissarlığı yandırmaq cəhdi...
Balaca Balazeykin bildirib ki, istintaq təcridxanasında ona baş çəkən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti əməkdaşları onu döyməklə, zorlamaqla və ya psixiatriya xəstəxanasına göndərməklə hədələyiblər.
Qeyd edək ki, 16 yaşlı məktəblinin daimi müalicə tələb edən ağır xroniki xəstəlikdən əziyyət çəkdiyi də məlumdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB