İtaliyada fövqəladə vəziyyət elan edilib

İtaliyada fövqəladə vəziyyət elan edilib

Miqrant axınının kəskin artması ilə əlaqədar İtaliyada fövqəladə vəziyyət elan edilib. SİA xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi məlumat verib.

Məlumata görə, fövqəladə vəziyyət rejimi 6 ay davam edəcək və bütün ölkə ərazisində tətbiq ediləcək.

Qeyd edək ki, ötən həftə sonundan indiyədək İtaliya ərazisinə 3 mindən çox mühacir gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə